Hindistanda koronavirusa yoluxanların sayı 27 minə çatır

Hindistanda koronavirusa yoluxanların sayı 27 minə çatır
Son sutka ərzində Hindistanda daha 1990 nəfər yeni növ koronavirusa (COVİD-19) yoluxub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə bununla da ölkədə COVİD-19-a yoluxanların sayı 26 min 496 nəfərə çatıb. Sutka ərzində koronavirusa yoluxan 49 nəfər ölüb. Bununla da Hindistanda koronavirusa yoluxma nəticəsində ölənlərin sayı 824 nəfərə çatıb. Hazırda virusa yoluxan 19 min 868 nəfər xəstəxanalarda müalicə alır, 5 min 803 nəfər sağalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə