Yaponiyanın mərkəzi hissəsində zəlzələ baş verib

Yaponiyanın mərkəzi hissəsində zəlzələ baş verib

Aprelin 26-da yerli vaxtla səhər saat 9:49 dəqiqədə Yaponiyanın mərkəzi hissəsində 4,8 bal gücündə zəlzələ baş verib.

SİA Yaponiya Meteorologiya Agentliyinə istinadla xəbər verir ki, yeraltı təkanların episentri Tokio yaxınlığındakı İbaraki prefekturasında, ocağı 70 kilometr dərinlikdə yerləşib.

Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami xəbərdarlığı elan olunsa da, zəlzələdən bir neçə dəqiqə sonra ləğv edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə