“İran” qəzetinin elektron variantı ABŞ Maliyyə Nazirliyinin tələbi ilə bloklanıb

“İran” qəzetinin elektron variantı ABŞ Maliyyə Nazirliyinin tələbi ilə bloklanıb

İranda ingilis dilində nəşr olunan “İran” qəzetinin elektron variantı (iran-newspaper.com) ABŞ Maliyyə Nazirliyinin xarici aktivlərə nəzarət idarəsinin (OFAC) tələbi ilə bloklanıb.

SİA "İRNA" xəbər agentliyinə istinadla xəbər verir ki, qəzetin söz və fikir azadlığından danışan ABŞ-ın bir qəzetin internet saytına girişi qadağan etməsi mətbuat azadlığını boğmaqdan başqa bir şey deyil.

Qəzetin saytının sanksiyaya məruz qalmasının səbəbi onun ingilis dilində yayımlanması və ABŞ-da geniş oxucu kütləsinə malik olmasıdır.

Qeyd edək ki, “İran” qəzeti İranın rəsmi mətbuat orqanıdır fars və ingilis dillərində nəşr olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə