Rusiya Dövlət Dumasının komitə sədri COVID-19-a yoluxub

Rusiya Dövlət Dumasının komitə sədri COVID-19-a yoluxub

Rusiya Federasiyasının Dövlət Dumasının MDB ilə iş üzrə komitəsinin sədri Leonid Kalaşnikov yeni növ koronavirusa yoluxub. SİA-nın rus mətbuatına istinadən məlumatına görə, bu barədə L.Kalaşnikovun özü deyib.

Komitə sədrinin sözlərinə görə, ilkin olaraq yoluxma testleri mənfi çıxıb. COVID-19-u isə yalnız komputer tomoqrafiyası vasitəsi ilə aşkar etmək mümkün olub.

L.Kalaşnikov xəstəxanaya yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə