Yaponiyada baş vermiş təbii fəlakət nəticəsində ölənlərin sayı 14 minə çatıb
Martın 11-də Yaponiyanın şimal-şərqində baş vermiş dağıdıcı zəlzələ və sunami, habelə aprelin 7-si və 11-də təkrar zəlzələlər nəticəsində həlak olanların sayı 13 min 949 nəfərə çatıb. Polisin məlumatına görə 13 min 678 adam itkin düşmüş hesab edilir.
SİA-nın xəbərinə görə, ən çox həlak olanlar Miyagi (8 min 460 adam) prefekturasında qeydə alınıb. İvate prefekturasında 4008, Fukusimada isə 1418 adam həlak olmuşdur. Həlak olanların yarıdan çoxu yaşı 65-dən yuxarı olan insanlardır.
Aprelin 19-da qəzalı "Fukusima-1" Atom Elektrik Stansiyasının (AES) operatoru olan TEPCO şirkəti stansiyanın ikinci enerji blokundan yüksək radiasiyalı suyu xüsusi sisternlərə nəql etməyə başlayıb. Yaponiyanın "Kiodo" agentliyinin məlumatına görə, mütəxəssislər aprelin 26-dək tərkibində yüksək dərəcədə radioaktiv yod və sezium olan 10 min kubmetr suyu sisternlərə vurmalıdırlar.
TEPCO şirkəti yüksək radioaktiv suyun AES-in drenaj sistemindən Sakit Okean sularına qarışacağından narahatdır. Mütəxəssislər, həmçinin müəyyən etmişlər ki, su 4-cü enerji blokunun altına, 5 metr dərinliyə sızıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB