Ermənistanda koronavirusa yoluxanların sayı 1 677 nəfərə çatıb. SİA-nın erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 81 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.
Bundan başqa, sutka ərzində 1 nəfərin ölümü qeydə alınıb.
Bu günədək Ermənistanda 28 nəfər koronavirusun qurbanı olub, 846 nəfərin müalicəsi davam edir.
Qeyd edək ki, ölkədə mayın 14-dək fövqəladə vəziyyət elan olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB