Çin hökuməti Şimali Koreyaya məsləhətləşmələr aparmaq üçün xüsusi heyət göndərib

Çin hökuməti Şimali Koreyaya məsləhətləşmələr aparmaq üçün xüsusi heyət göndərib

Çin hökuməti Şimali Koreya lideri Kim Çen Inla məsləhətləşmələr aparmaq üçün həkimlər də daxil olmaqla bu ölkəyə xüsusi heyət göndərib.

SİA xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbələrə istinadən məlumat yayıb.

Cənubi Koreyanın “Daily NK” qəzeti Şimali Koreyadakı mənbəyə istinadən xəbər verir ki, Kim Çen In hazırda ürək-damar sistemi ilə əlaqədar əməliyyatdan sonra müalicə alır.

Bildirilir ki, Çinin göndərdiyi heyətə Çin Kommunist Partiyasının beynəlxalq əlaqələr şöbəsinin məsul işçisi rəhbərlik edir. Nümayəndə heyəti aprelin 23-də Pekindən Şimali Koreyaya yola düşüblər.

“Ronhap” agentliyi Cənubi Koreya hökumətindəki mənbələrə istinadən KXDR liderinin ciddi sağlamlıq problemləri barədə xəbərlərin yalan olduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə