Misir polisi karantin rejimi vaxtı Ramazan yürüşü təşkil edənləri həbs edib

Misir polisi karantin rejimi vaxtı Ramazan yürüşü təşkil edənləri həbs edib

Aprelin 24-də Misir polisi İsgəndəriyyə şəhərində karantin rejimi vaxtı əllərində müqəddəs Kəbənin maketi ilə Ramazan yürüşü təşkil edənləri həbs edib. Yürüşdə Ramazan ayının girməsini bayram edən insanlar COVID-19 virusunun mövcudluğundan şübhə etdiklərini bildiriblər. Polis sosial şəbəkədə karantin rejimi vaxtı sakinləri yürüşə çağıran şəxsləri aşkar edərək həbs edib.

SİA xəbər verir ki, Misirin Səhiyyə Nazirliyi həmin gün ölkədə koronavirusa 201 nəfərin yoluxduğunu, 7 ölüm faktının qeydə alındığını bildirib. Beləliklə, Misirdə indiyədək COVID-19 virusuna 4 min insan yoluxub, 294 nəfər isə həyatını itirib.

Qeyd olunub ki, son sutka ərzində 71 nəfər sağalıb, xəstəlikdən şəfa tapanların ümumi sayı 1071 olub.

Bütün xəbərlər Facebook səhifəmizdə