Serbiya mayın 1-dən beynəlxalq hava əlaqələrini bərpa etməyi planlaşdırır
Serbiya mayın 1-dən hava əlaqələrini bərpa etməyi planlaşdırır. Bu barədə ölkə Prezidenti Aleksandr Vuçiç şəxsi “Youtube” kanalında videoaçıqlama edib.
SİA xəbər verir ki, Serbiya mayın 1-dən aeroportların fəaliyyətini bərpa etməyi, mayın 4-dən isə kommersiya reyslərini açmağı planlaşdırır. Kommersiya reysləri özündə sərnişin və tranzit daşımalarını ehtiva edir.
Aleksandr Vuçiç açıqlamasında deyib: “Mən mayın 1-dən hava nəqliyyatının, mayın 4-dən isə şəhərlərarası və daxili uçuşların qismən bərpa olunacağını düşünürəm”.
Ölkənin əsas aviaşirkəti olan “Air Serbia” martın 20-dən bütün sərnişin reyslərini təxirə salıb. Şirkətin saytında ilk bilet satışı mayın 1-dən təqdim olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB