Netanyahu Kurtzla koronavirusla mübarizəni müzakirə edib

Netanyahu Kurtzla koronavirusla mübarizəni müzakirə edib

Netanyahu bir neçə ölkənin liderləri ilə koronavirusla mübarizəni müzakirə edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə baş nazirin mətbuat xidmətindən məlumata verilib.

Məlumata görə, İsrailin Baş naziri Benyamin Netanyahu bir sıra ölkələrin rəhbərləri ilə koronavirusun yayılması ilə mübarizə mövzusunda Avstriya kansleri Sebastian Kurtzın başlatdığı video konfransda müzakirələr aparıb.
"Baş nazir Benyamin Netanyahu, Avstriya kansleri Sebastian Kurtzın təşəbbüsü ilə, koronavirus pandemiyası ilə mübarizədə ön sırada olan dövlət başçılarının iştirakı ilə keçirilən video konfransda iştirak edib. Liderlər virusun yayılması ilə mübarizədə beynəlxalq əməkdaşlığı müzakirə ediblər", deyə baş nazirin mətbuat xidmətindən bildirilib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə