Məhdudiyyətlər mərhələlərlə aradan götürüləcək Valentina Matvienko
Koronavirus epidemiyası ilə əlaqədar məhdudiyyətlər mərhələlərlə qaldırılacaq. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu sözləri Federasiya Şurasının sədri Valentina Matvienko Russia 24-ə müsahibəsində söyləyib.
"Məhdudlaşdırıcı tədbirlər mərhələli şəkildə yığışdırılacaq. Lakin bunu dərhal və tez etmək mümkün deyil. Çünki, bu da vaxt tələb edir", deyə Matvienko bildirib.
O, bunun ikinci dəfə koronavirusun yayılmasının qarşısını almaq üçün lazım olduğunu izah edib.
Matvienko hakimiyyətin insanları təcrid vəziyyətində saxlamaqda maraqlı olmadığını vurğulayıb və qeyd edib ki, bu tədbirlərsiz keçinmək də mümkün deyil.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB