AB koronavirusla mübarizə üçün Serbiyaya vəsait ayırıb Aleksandr Vuçiç

AB koronavirusla mübarizə üçün Serbiyaya vəsait ayırıb Aleksandr Vuçiç

Avropa Birliyi Serbiyanın COVID-19 ilə mübarizəsi üçün 93 milyon avro ayırıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri prezident Aleksandr Vuçiç AB-nin nümayəndə heyətinin rəhbəri Sem Fabrika və birliyin səfirləri ilə görüşdən sonra söyləyib.

Serbiya Səhiyyə Nazirliyinin son məlumatına görə, ölkədə koronavirus pandemiyasından 139 nəfər ölüb, 7,2 mindən çox yoluxmuş şəxs müəyyən edilib və 1063 nəfər sağalıb.
"Biz AB-nin koronavirusla mübarizədə 93 milyon avro yardımı təsdiqlədiklərinə görə minnətdarıq. Onlardan 15 milyonu təcili tibbi ehtiyaclar üçün, 78 milyonu iqtisadiyyatın bərpasında kömək üçün verilib. Dərman və tibbi avadanlıq üçün 4.9 milyon yardım üçün də təşəkkür edirik”, deyə Vuçiç bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə