Koronavirus gənclərdə insulta səbəb ola bilər

Koronavirus gənclərdə insulta səbəb ola bilər

Koronavirus 30-40 yaş arası insanlarda qəfil insulta səbəb ola biləcəyi ortaya çıxıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Məlumata görə, bu nəticəyə Nyu-Yorkdakı Mount Sinay Səhiyyə Sistemi xəstəxana şəbəkəsinin həkimləri gəlib. Həkimlərin sözlərinə görə, koronavirusun insulta gətirib çıxara biləcək qeyri-adi qan laxtalanmasına səbəb olduğuna dair artan dəlillər mövcuddur.

Həkimlərin hesabatına görə, son iki həftə ərzində koronaviruslu gənc xəstələrdə yeddi dəfə daha tez-tez insult baş verib. Ancaq onların əksəriyyətində ciddi xəstəliklər olmayıb və ambulator şəraitdə müalicə edilib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə