Koronavirusu bir dəqiqəyə “öldürmək” olar Donald Tramp

Koronavirusu bir dəqiqəyə “öldürmək” olar  Donald Tramp

Tramp koronavirusu necə tez məhv etməyion yolunu izah edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti jurnalistlərə verdiyi brifinqdə danışıb və koronavirusun həssas olduğunu bildirib.

Dövlət başçısı, virusun havada günəş işığından dərhal məhv olduğunu deyib və qeyd edib ki, əgər "bədən daxilində" də virus günəş işığına birbaşa məruz qalsa, bir dəqiqə sonra məhv olar.

"Bədəni ultrabənövşəyi şüalanmanın güclü təsirlərinə və ya sadəcə çox güclü işığa məruz qoymaqla virusun məhv olmasını təmin etmək olar", deyə Ağ Ev sahibi izah edib.

Amerika lideri həmçinin xatırladıb ki, alimlər COVID-19 haqqında daha çox məlumat əldə edirlər. Onun sözlərinə görə, tədqiqatçılar virusun soyuq və quru mühitdə daha yaxşı yaşadığını bildirirlər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə