Afrika üçün Covid-19 testlərinin sayı sürətlə artırılmalıdır - ÜST-dən xəbərdarlıq

Afrika üçün Covid-19 testlərinin sayı sürətlə artırılmalıdır - ÜST-dən xəbərdarlıq

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Covid-19 sürətlə yayılma təhlükəsi ilə əlaqədar həyəcan keçirdiyi Afrikada, epidemiyaya yoluxanların sayı ötən həftəyə nisbətən 43 faiz artıb. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.

1,3 milyard əhalisi olan qitənin xəstəliyin episentri olacağını xəbərdar edən təşkilat, sınaq və təmas izləmələrinin həyati olduğunu açıqlayıb və kifayət qədər testlərin edilməsi gərəkdiyinə işarə edib.

Afrika Xəstəliklərinə Nəzarət və Qarşısının Alınması Mərkəzinin direktoru Con Nkengasong, qitədəki testlərin "çox məhdud" olduğunu və infeksiya riskinin təsvir edildiyindən daha yüksək ola biləcəyini söyləyib. Nkengasong, son iki ayda yarım milyon test edildiyini, bunun bir milyon insandan yalnız 325-nin sınaqdan keçirildiyini göstərir.

Direktor testlərin sayının xəstəliyin ən çox yayıldığı İtaliyadakı saydan qat-qat aşağı olduğunu bildirib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə