Çin koronavirusdan əvvəlcədən xəbərdar idi - ABŞ dövlət katibi Pompeo
Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibi Mayk Pompeo Çinin yeni növ koronavirusu (SARS-CoV-2) noyabr ayında xəbərdar ola biləcəyini söyləyərək Pekini bir daha şəffaf olmamaqda günahlandırıb. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.
Pompeo verdiyi açıqlamada, Çin hökümətinin ilk Covid-19 hadisələrini noyabr ayında bəlkə, dekabr ayı ortalarında dəqiq bildiyini söyləyib.
ABŞ-ın Çindən daha çox məlumat tələb etməkdə israr etdiyini bildirən Pompeo, Vuhanda aşkarlanan ilk orijinal SARS-CoV-2 nümunələrini istədiklərini bildirib.
Pompeo "Bu şəffaflıq məsələsi yalnız noyabr, dekabr və yanvar aylarında baş verənləri başa düşmək üçün deyil, həm də bu gün üçün vacibdir. Bu, ABŞ-da və bütün dünyada bir çox insanın həyatına təsir göstərməyə davam edir" deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB