Bəzi araşdırmalar siqaret çəkənlərin koronavirus xəstəliyinə tutulma riskinin az olduğunu ortaya qoyduqdan sonra Fransada Covid-19-a qarşı nikotin müalicəsinə müraciət edilməyə başlayıb. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.
Covid-19 testi müsbət olub və xəstəxanada müalicə olunan 350 xəstə və müalicəsi xəstəxanadan kənarda davam edən 130 vəziyyətdə aparılan bir araşdırmada bu insanların yalnız 5 faizinin siqaret çəkdiyi qənaətinə gəlinib. Tədqiqatçılardan biri olan professor Zahir Amoura xəstələr arasında siqaret çəkənlərin nisbətinin 5 faiz olduğunu təkrarlayıb.
Fransada əhalinin təxminən 35 faizinin siqaret çəkdiyini nəzərə alsaq, araşdırmalarda Covid-19 xəstələri arasında siqaret çəkənlərin az olması diqqəti nikotinə yönəldib.
Bənzər bir araşdırma Çində aparılıb. Koronavirusun ortaya çıxdığı ölkə olan Çində min xəstə üzərində edilən bir araşdırmada, xəstələrin yalnız 12,6 faizinin siqaret çəkdiyi ortaya çıxıb. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Çində siqaret çəkmə nisbəti 26 faizdir.
Ümumi siqaret çəkmək faizi qarşılığında, siqaret çəkən Covid-li xəstə faizi bu araşdırmada da aşağı çıxıb.
Tədqiqatın nəticələri New England Medicine Journal-da dərc edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB