Astana sammitinin tarixi bəlli deyil" Dmitri Peskov

Astana sammitinin tarixi bəlli deyil" Dmitri Peskov

Suriyada Astana "üçlüyü" sammiti üçün müəyyən bir tarix məlum deyil. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Xatırladaq ki, İran, Türkiyə və Rusiya prezidentləri Həsən Ruhani, Tayyib Ərdoğan və Vladimir Putinin iştirakı ilə Tehranda Astana üçlüyünün zirvə görüşü keçirilməlidir. Lakin koronavirusla bağlı vəziyyətə görə onun keçirilməsinin təxirə salınması qərara alınıb. Buna baxmayaraq İran Xarici İşlər Nazirliyi Suriya mövzusunda təmasların davam etdiyini bildirib.

"Xeyr, hələlik konkret bir tarix bəlli deyil. Diplomatlar danışıqlar aparırlar", deyə Dmitri Peskov bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə