İqtisadiyyatı stimullaşdırmaq üçün töhfə verməyə hazırıq - Merkel

İqtisadiyyatı stimullaşdırmaq üçün töhfə verməyə hazırıq - Merkel

Almaniya kansleri Angela Merkel AB zirvəsindən əvvəl Covid-19 ilə mübarizənin bir hissəsi olaraq Avropa Birliyi büdcəsinə 'daha çox töhfə verməyə' hazır olduğunu bildirib. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.

Alman millət vəkillərinə səslənən baş nazir Merkel "Biz yaxın iki il ərzində Avropa Birliyi iqtisadiyyatını stimullaşdıra biləcək bir plan üzərində işləyirik" deyə söyləyib. Merkel büdcəyə daha çox töhfə verməyə hazır olduqlarını söyləyib, lakin bu, "müəyyən bir müddət ərzində" baş verəcəkdir.

"Avropanı Avropa edən həmrəylikdir" deyən Merkel, Covid-19 böhranının yaralarını yaxşılaşdırmaq üçün Avropa Birliyinin büdcəsinin artırıla biləcəyinə işarə edib.

Merkel bir çox ölkələrin, xüsusən də İtaliya və İspaniyanın tələb etdiyi ümumi borclanmanı (korona istiqrazları) qəbul etmir, çünki AB müqavilələrini dəyişdirmək üçün illər lazım ola bilər.

Avropa Birliyi liderlərinin sammitinin başlaması üçün saatlar var, ancaq Aİ ölkələrinin dövlət və hökumət başçıları tənəzzüldən çıxmaq üçün tədbirlər haqqında razılığa gələ bilmirlər. Fikir ayrılıqlarını aradan qaldırmağa çalışırıq.
1999-cu ildə qurulan Avro Bölgəsinin tarixinin ən dərin böhranına girəcəyi gözlənilir.

Beynəlxalq Valyuta Fondu bu il Avropa ölkələrinin ümumi daxili məhsulunun 7,1 faiz düşəcəyini açıqlayıb.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə