Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Guterres "Təhdidin insan deyil, virus olduğunu unutma" deyərək yeni növ koronavirus epidemiyasının insan hüquqları böhranına sürətlə çevrildiyindən danışıb. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.
Guterres epidemiya ilə mübarizədə insan haqlarının pozulması ilə bağlı hesabatını açıqlayıb.
İnsan hüquqlarının böhran dövrlərində geridə qalacaq bir məsələ olmadığını və insanların da diqqət mərkəzində olmasını ifadə edən Guterres epidemiya səbəbi ilə nifrət sözlərinin artdığını, həssas qrupların hədəf alındığını və sərt təhlükəsizlik tədbirlərinin tətbiq olunduğunu diqqətə çatdırıb.
Populizm və avtoritar hökumətlərin getdikcə artdığını, bəzi ölkələrdə insan haqlarının daha da irəli getdiyini və bəhanə ilə təzyiq tədbirlərinin görüldüyünü vurğulayan Guterres "Hökumətlər həmişəkindən daha şəffaf, həssas və hesabatlı olmalıdır. Vətəndaş cəmiyyəti və mətbuat azadlığı çox vacibdir'' deyib.
Təcili tədbirlərin qanuni, mütənasib, ayrı-seçkilik edilməməsi və müəyyən bir məqsəd və müddətə yönəldilməsinin lazım olduğunu deyən Guterres bu müddətdə insan hüquqlarının qorunması üçün çağırış edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB