"Bizlərə müstəqilliyi bəxş edən atalarımızı dərin hörmətlə anırıq" - ŞƏRH

"Bizlərə müstəqilliyi bəxş edən atalarımızı dərin hörmətlə anırıq" - ŞƏRH

“Bəşəriyyət tarixində Milli Məclisi öz döyüş təyyarələri tərəfindən bombalanan başqa bir ölkə olmayıb”. SİA-nın məlumatına görə, bunu Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Türkiyə Böyük Millət Məclisinin yaradılmasının ildönümü ilə əlaqədar şərh verərkən deyib.

H.Altınalan bildirib ki, tariximizdə ən əhəmiyyətli dönüş nöqtələrindən biri olan, Türk xalqının gələcəyini təyin etdiyi və millətin müstəqilliyinin bütün dünyaya bəyan etdiyi 23 aprel münasibətilə, FETÖ xainlərini bir daha lənətləyir, bu bayraqların daim yüksəklərdə olmasını diləyirəm: “Bizlərə barışı gətirən güclü və cənnət kimi ölkə bəxş edən başda Qazi Mustafa Kamal paşa olmaqla bütün atalarımızı dərin hörmət və minnətlə anırıq”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə