Ermənistanda daha 50 nəfər koronavirusa yoluxub

Ermənistanda daha 50 nəfər koronavirusa yoluxub

Ermənistanda koronavirusa yoluxanların sayı 1 523 nəfərə çatıb. SİA erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 50 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.

Bu günədək Ermənistanda 24 nəfər koronavirusun qurbanı olub, 840 nəfərin müalicəsi davam edir.

Ölkədə mayın 14-dək fövqəladə vəziyyət elan olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə