Peruda 3 min məhbus azadlığa buraxıır COVID-19 ammnistiyası

Peruda 3 min məhbus azadlığa buraxıır COVID-19 ammnistiyası

Peru hakimiyyəti koronavirus epidemiyası ilə əlaqədar 3 minə yaxın məhbusa amnistiya elan edəcək. SİA xəbər verir ki, bu barədə respublikanın insan hüquqları və ədliyyə naziri Fernando Kstanyeda deyib. Onun fikirlərini Perunun yerli ATV kanalı yayıb.

“Onlar 3 yaşa qədər uşaqları olan analar, hamilə qadınlar, 60 yaşdan yuxarı insanlardır”, deyən nazir həmçinin bildirib ki, azadlığa buraxılacaq şəxslər ağır cinayət törətməyənlər və dörd ilə qədər məhkum olunanlar, eyni zamanda məhkumluqlarının başa çatmasına altı ay qalanlardırlar. Onlar iki həftədən sonra penitensiar müəssisələri tərk etməyə başlayacaqlar.

Nazir bildirib ki, hazırda həbsxanalarda 97 min məhbus saxlanılır və onlardan təxminən 500-də koronavirus infeksiyası müəyyən olunub, 13 nəfəri isə ölüb. Kastanyedaya görə, infeksiya 68 penitensiar müəssisədən 10-da yayılıb.

Peruda hazırkı zamana qədər 19 min yoluxma halı qeydə alınıb, onlardan 530 nəfəri həyatını itirib. Bu ölkə yoluxmaların sayına görə, Braziliyadan sonra Latın Amerikası ölkələri sırasında ikinci yerdədir.

Martın ortasnda Perunun prezidenti Martin Viskarra koronavirus epidemiyası ilə bağlı ölkədə fövqəladə hal rejimi elan edib. Bunun ardınca isə, ölkə rəhbərliyi komendant saatı da tətbiq edərək, onun müddətini aprelin 26-dək uzadıb.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə