Avstraliya qadağaları dörd ay müddətinə uzatdı Sərhədlər bağlıdır

Avstraliya qadağaları dörd ay müddətinə uzatdı  Sərhədlər bağlıdır

Avstraliya xairci səfərləri və sərhədlərinin bağlı qalması ilə bağlı qadağanı ən azı dörd ay müddətində qüvvədə saxlayacaq. SİA tass.ru-ya istinadən xəbər verir ki, bu barədə ölkənin baş sanitar həkimi Brendan Merfi parlament komitəsinin pandemiyaya həsr olunmuş onlayn iclasında deyib.

“Hazırkı məqamda beynəlxalq vəziyyət belədir ki, sərhədərdə tətbiq edilən ölçülərdəki istənilən boşluq kifayət qədər riskli addım olardı”, deyən ölkənin baş sanitarı tövsiyə irəli sürüb: “ Mən təhlükəsizlik üzrə milli komitəyə təklif etmişəm ki, avstraliyalıların ölkədən çıxışı ilə bağlı tətbiq edilən sərt qadağanın müddəti uzadılsın. Eləcə də, ölkə ərazisinə yalnız xaricdən gələn vətəndaşlar buraxılmalıdır”.

O, həmçinin qeyd edib ki, virusun dünyada yayılması prosesi fövqəladə şəkildə fəal gedir və yaxın dörd ayda nəzərəçarpan dəyişiklikləri gözləməyə dəyməz. “Nəticədə Avstraliya daxilində epidemioloji məhdudiyyətlərdəki yumşaqlığa baxmayaraq, sərhədlər gərək bağlı qalsın.

Merfi bildirib ki, yaxın günlərdə kütləvi tədbirlərə qoyulmuş məhdudiyyətləri qaldırmaq olar, lakin iri masştablı tədbirlər qadağalar altında qalacaq. “Həmçinin idman müəssisələrinə aid olan qurğulardan istifadəyə, prakəndə satış mağazalarına və uşaq meydançalarına qoyulan məhdudiyyətlər də yenidən nəzərdən keçirilə bilər”, Avstraliyanın baş sanitar həkimi deyib.

Hazırda ölkədə 6 659 koronavirusa yoluxma halı qeydə alınıb. Yanvarın 25-də - Avstraliyada COVID-19-a aid ilk yoluxma halı müəyyən edilib. 4 671 xəstə sağalıb, 75 nəfər isə həyatını itirib. Orta sutkalıq yoluxma halı ölkədə 0,3% təşkil edir.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə