2018-ci ildə həyatını itirən məşhur astrofizik Stiven Hokinqin xəstəliyi səbəbindən istifadə etməli olduğu süni tənəffüs cihazı ailəsi tərəfindən İngiltərədəki bir xəstəxanaya bağışlanıb. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.
Hokinqin qızı Lusi Hokinq məşhur fiziklə yaxından maraqlanan Kral Papworth Xəstəxanasına atasının nəfəs alma cihazını bağışladığını açıqlayıb.
Həyatda olduğu vaxtlarda atasına köməklik göstərən ingilis tibb işçilərinə təşəkkür edən Lusi Hokinq "Kembricdəki Kral Papworth və Addenbrooke Xəstəxanaları atamıza möhtəşəm, sədaqətli və şəfqətli bir şəkildə baxdı" deyə bildirib.
Hokinq ailəsi bu çətin günlərdə Covid-19 epidemiyasının ön cəbhəsində çalışan xəstəxana ilə əlaqə yaratdıqlarını və atasının öz pulu ilə aldığı cihazı bağışladıqlarını açıqlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB