Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp işsiz vətəndaşlarını yeni növ koronavirus səbəbiylə ölkəsinə mühacirəti 60 günlük təxirə salan fərmanı imzalayıb. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.
Ağ Evdən edilən yazılı açıqlamaya görə, Tramp bu gün işləmək üçün ölkəyə gələn mühacirlərin qəbulunun 60 gün dayandırılmasını nəzərdə tutan sənədi təsdiqləyib. Qərar çərçivəsində bu gündən etibarən ABŞ xaricində olan və etibarlı immiqrant vizası olmayan xarici vətəndaşlar mühacir kimi qəbul edilməyəcəklər.
ABŞ-da qanuni yaşayanlardan əlavə, ABŞ vətəndaşı ilə evlənənlər, valideynləri ABŞ vətəndaşı olan 21 yaşına çatmamış subay şəxslərə fərman şamil olunmayacaq. Bundan əlavə, Covid-19-u araşdıran immiqrant vizası olan həkimlər, tibb bacıları və ya tibb işçiləri, onların həyat yoldaşları və 21 yaşına çatmamış tək övladlarına da fərman aid edilməyəcək.
Fərman ABŞ prezidenti Trampın sərəncamı ilə 60 gündən sonra uzadıla bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB