Litvada koronavirusa yoluxanların sayı 1370-ə çatıb

Litvada koronavirusa yoluxanların sayı 1370-ə çatıb

Litvada koronavirusa (COVID-19) yoluxanların sayı 1370-ə çatıb.

SİA xəbər verir ki, bu barədə Litvanın Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, epidemiyanın yayıldığı tarixdən bəri ölkədə 76 min 793 nəfər müayinə olunub.

Nazirliyin məlumatına əsasən, son sutka ərzində COVID-19 virusuna görə 6040 nəfərdən götürülən analizinin 20-nin nəticəsi müsbət çıxıb.

Qeyd edək ki, indiyədək bu ölkədə koronavirusdan 38 ölüm faktı qeydə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə