Bryus Uillis və Demi Murun ortancıl qızı Skaut, atasının ilk ailəsi ilə özünü təcrid edərkən hazırkı həyat yoldaşı, fotomodel Emma Hamminqin, Los-Ancelesdəki uşaqları ilə niyə tək qaldığını izah etməyə çalışıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
"Ögey anam kiçik bacılarımla (Evelyn Penn və Maybel Rey) buraya gəlmək istəyirdilər. Ancaq onlardan biri parkda bir şpris iynəsi tapıb. Onu çəkməsinə qoyub ayağını yaralayıb. Emma onu həkimə aparıb. Los Ancelesdə, test nəticələrini gözləmək tələb olunub. Atam bizə bir az əvvəl gəlib, sonra bütün bu qarışıqlıq başlayıb və ögey anam şəhərdə qalmalı olub”, deyə Skaut izah etməyə çalışıb.
Bryus Uillis və Demi Murun 28 yaşlı qızlarına görə, bu qəribə vəziyyət fayda gətirib.
"Həm valideynlərimin eyni evdə məskunlaşdığını izləmək çox əyləncəlidir, həm də yalnız bu vaxt onlarla söhbət etmək üçün əla bir vaxtdır. Ailəmin yanında olmaqdan çox xoşbəxtəm", deyə aktyorların ortancıl qızı bildirib.
Xatırladaq ki, Uillis və Mur 1987-2000-ci illərdə bir yerdə olublar. Onların Rumer (31 yaş), Skaut LaRoux (28 yaş) və Talula (26 yaş) olmaqla üç yetkin qızı var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB