Karantinin yumşaldılması mayın ikinci yarısından başlayacaq Pedro Sançes

Karantinin yumşaldılması mayın ikinci yarısından başlayacaq Pedro Sançes

İspaniyada tədricən karantinin yumşaldılması mayın ikinci yarısından başlayacaq. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə baş nazir Pedro Sançes söyləyib.

Qeyd edək ki, çərşənbə günü, deputatların konqresində bir iclas keçirilir və burada deputatlar hökumətin 9 may tarixinə qədər uzadılmış yüksək xəbərdarlıq rejimini yeniləmək təklifinə səs verməlidirlər.

Görüşü onlayn izləyən əksər millət vəkilləri ilə danışan Sançes, may ayının ikinci yarısından səlahiyyətlilərin karantin tədbirlərini yüngülləşdirməyə başlamaq niyyətində olduğunu söyləyib.

"May ayının ikinci yarısında bir təlimat olaraq və COVID-19 epidemiyasına qarşı mübarizənin ikinci mərhələsinə başlayacağıq. Bu yeni ssenarilərə cavab vermək üçün qaydalar və məhdudiyyətlər dəyişdirilməlidir. Risk azalacaq və hazırlıq rejimi də bu azalmaya uyğun olaraq dəyişəcək", deyə Pedro Sançes bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə