COVID-19-un süni yaradılması ilə bağlı deyilənlər sübutsuzdur Dmitri Peskov

COVID-19-un süni yaradılması ilə bağlı deyilənlər sübutsuzdur Dmitri Peskov

Yeni koronavirusun COVID-19-un süni mənşəli olması ilə bağlı bütün iddialar əsassızdır. SİA RenTv-yə istinadən xəbər verir ki, bu fikirlər Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskova məxsusdur.

Onun sözlərinə görə, hazırda belə nəticələr çıxarmaq üçün kifayət qədər məlumat yoxdur.

"İndi hər dəfə virusun süni mənşəli olmasını təsdiqləyən və ya bunu iddia edən bir nümayəndə və ya mütəxəssis meydana çıxdıqda, eyni anda virusun süni mənşəli olmasını təkzib edən iki nümayəndə və ya mütəxəssis ortaya çıxır. Buna görə də hər iki versiya tamamilə sübut olunmamış hesab olunur", deyə Dmitri Peskov bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə