Almaniyada, insanlarda koronavirusa qarşı peyvəndi sınaqdan keçirməyə başlayacaqlar. SİA RenTv-yə istinadən xəbər verir ki. bu barədə "İnterfaks" Alman Vaksinlər və Biomedikal Hazırlıqlar üzrə Federal İnstitutuna istinadən məlumat yayıb.
Məlumata görə, vaksini inkişaf etdirən “Biontech”ə sınaq icazəsi verilib. Qeyd olunur ki, peyvənd sınaqları könüllülər üzərində aparılacaqdır. Peyvənd 18 yaşdan 55 yaşa qədər olan 200 sağlam insanda sınanılacaq.
"İnsanlarda" peyvənd üçün sınanma təsirli bir anti-COVID-19 dərmanının hazırlanması yolundakı vacib bir mərhələdir", deyə Alman Vaksinlər və Biomedikal Hazırlıqlar üzrə Federal İnstitutu PEI izah edib.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB