Dünya ölkələrində koronavirusla bağlı statistika ümumi rəqəmlərin hər an dəyişməsinə səbəb olur. Koronavorus xəritəsinə nəzərə yetirməklə ölkələrdəki son vəziyyəti müşahidə etmək mümkündür. Bəs görəsən hansı ölkələrdə ölüm və yoluxma sayınd artım var? SİA bəzi ölkəlrələ bağlı son rəqəmləri təqdim edir.
İlk növbədə qeyd edək ki, son açıqlanan rəqəmlərə əsasən dünya ölkələrində koronavirusa yoluxanların ümumi sayı 2.5 milyonu ötərək 2 milyon 573 min 825 nəfərə çatıb.
COVİD-19-a yoluxma və ölüm sayına görə, dünya ölkələri arasında lider olan ABŞ-da koronavorusdan ölənlərin sayı 45 min 75 nəfərə çatıb. ABŞ-da ən çox ölüm sayı Nyu-Yorkda (14 min 887 nəfər) qeydə alınıb.
Koronavirus xəritəsindəki son məlumatlara görə, ABŞ-dan sonra ən böyük itki İtaliya, İspaniya, Fransa və İngiltərədə qeydə alınıb. Belə ki, indiyə qədər İtaliyada 24 min 648, İspaniyada 21 min 282, Fransada 20 min 796 və İngiltərədə 17 min 337 koronavirus xəstəsi dünyasını dəyişib.
Qonşu ölkə türkiyə də də vəziyyət ürək açan deyil: Belə ki,dünyada koronavirusa yoluxan ölkələr arasında 7-ci yerdə qərarlaşan Türkiyədə virusa yoluxanların sayı 95 min 591 nəfər, ölənərin sayı isə 2 min 259 nəfərə çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB