Kütləvi iftarlar, minlərlə insanın qatıldığı taravih duaları, Ramazan alış-verişi, izdihamlı sahurlar…
Müsəlmanlar tərəfindən "Ayın sultanı" adlandırılan, İslam dünyasının ən vacib ibadət ayı Ramazan bir çox adət və kollektiv ibadət, koronavirus epidemiyası və karantin tətbiqetmələri ilə təhlükə altındadır. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.
Xamenei: Ramazan ayında evdə ibadət edin
Epidemiya səbəbiylə təxminən 5000 insanın öldüyü İranın paytaxtı Tehranda bəzi dükanların açılmasına icazə verilsə də, İranın dini lideri Ayətullah Xamenei, Ramazan ayında ölkədə məscidlərdə kütləvi ibadət qadağasının davam etdiyini və vətəndaşların evlərində namaz qılmalarını istəyib.
Xamenei əlavə edib ki, iranlılar bu çətin günlərdə də ibadətlərini itirməməlidirlər.
Liviya, Yəmən, İraq və Suriya kimi bölgələrdə Yaxın Şərq, Afrika və Asiya ölkələrinin əksəriyyətində karantin tətbiq olunmasına baxmayaraq, komendant saatı olmayan İslam ölkələrində insanlar epidemiya səbəbiylə evlərində vaxt keçirirlər.
Səudiyyə Ərəbistanında səyahət qadağası davam edir, Kəbə kütləvi ibadətə bağlanıb
Səudiyyə Ərəbistanı hökuməti, Covid-19 səbəbiylə müsəlmanlar tərəfindən müqəddəs sayılan Məkkə və Mədinə şəhərlərinə giriş və çıxışı qadağan edib. Kəbədə kütləvi dualar, Ümrə ziyarətləri müvəqqəti olaraq dayandırılıb. Səudiyyə Ərəbistanı Baş Müftisi Abdülaziz Əl Şeyx Ramazan ayında Kəbədə kütləvi ibadət qadağasının davam edəcəyini və təravih namazlarının ləğv edildiyini açıqlayıb.
Məkkədəki Böyük Məscid imamı Əli Mulla "Dərin kədər içindəyik. Buradakı məscidlər səhər və axşam ibadət edən insanlarla dolu idi. İndi hər yer boşdur" deyib.

Koronavirusdan qaynaqlanan səyahət və karantin qadağalarının Səudiyyə Ərəbistanında davam edəcəyi gözlənilsə də, 30 iyulda başlayacaq Qurban Bayramı və bundan sonra həcc ziyarətləri müasir tarixdə ilk dəfə ləğv ediləcəyi gözlənilir.
Pakistan, İndoneziya və Malayziya kimi izdihamlı Asiya ölkələrində koronavirus səbəbiylə komendant saatı olmasa da, əhali ehtiyat üçün evlərində qalmaqda davam edir. Bu ölkələrdə kollektiv dualar davam edərkən, camaat namaz əsnasında sosial məsafəni bir kənara qoyur.
Bir çox mağaza və müəssisə bağlandığı üçün bu aylar ərzində Ramazan ayındakı izdiham yaşanmır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB