Yeni araşdırmalardan sonra məlum olub ki, bir çox insan koronavirusa yoluxur, heç bir əlaməti müşahidə olunmadan xəstəlikdən sağalır. Belə görünür ki, virus düşünüldüyü qədər də təhlükəli deyil. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.
Ancaq bu həm yaxşı, həm də pis xəbərdir. Çünki koronavirus simptomları olmayanların başqalarını yoluxdurma ehtimalı daha yüksəkdir. Bu da eyni zamanda həyatın normal vəziyyətə qayıtmasını çətinləşdirən bir vəziyyətdir.
Amerika Birləşmiş Ştatları Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzindən edilən şərhə görə, Covid-19 xəstəliyi olan insanların 25 faizində hər hansı bir simptom olmaya bilər.
ABŞ ordusunda koronavirusun tutulma nisbətinin 60 ilə 70 faiz arasında olduğu düşünülür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB