Xəstələnmiş Kim Çen Inın bacısı Kim Yo Çjo hakimiyyətə gətirilir? İDDİALAR

Xəstələnmiş Kim Çen Inın bacısı Kim Yo Çjo hakimiyyətə gətirilir? İDDİALAR

Şimali Koreya lideri Kim Çer Iının kiçik bacısı Kim Yo Çjon faktiki olaraq, Pxenyan iyeriarxiyasının ölkənin “iki nömrəli adamı” pilləsinə gətirilib. SİA xəbər verir ki, bu barədə Yaponiyanın Asashi qəzeti Cənubi Koreya və Amerika mənbələrinə istinadən yazır.

Onların məlumatına görə, Koreyanın Əmək partiyasının Mərkəzi Komitəsi ötən ilin sonunda Kim Çen Inın tələbi əsasında bu qərarı icra edib. Şimallıların lideri həmin vaxt bildirib ki, onun əmək qabiliyyəti itərsə, ölkənin ali idarəçiliyi Kim Yo Çjona ötürüləcək. Məhz bundan sonra KXDR sənədlərində ölkə liderinin bacısının adı daha tez-tez görünməyə başlayıb.

Qeyd olunduğuna görə, Kim Yo Çjon daha əvvəl Koreya Əmək partiyasının Mərkəzi Komitəsinin təbliğat və təşviqat şöbəsinin birinci müavini vəzifəsini daşıyıb. Lakin mənbələrin xəbərlərinə görə, o ötən ilin sonundan etibarən Mərkəzi Komitəsinin təşkilatçılıq şöbəsinin birinci müavini təyin olunub. Bu şöbə kadr məsələlərinə nəzarət edir.

Mart ayında isə, onun imzası ilə Pxenyanın Seul və Vaşinqtonla əlaqələrini əks etdirən sənədlər dərc olunub. Yapon qəzeti təsdiq edir ki, məhz həmin məqam Kim Yo Çjonun xarici siyasət sferasına da təsirini sübut etməkdədir.

Aprelin 11-də isə, ölkə liderinin bacısı Koreyanın Əmək partiyasının Mərkəzi Komitəsinin siyasi bürosunun namizədi seçilib. Qəzet bu məsələni - Kim Yo Çjonun artan təsirinin bilavasitə böyük qardaşının sağlamlığı ilə əlaqəli olduğunu yazır.

Daha öncə CNN telekompaniyası ABŞ administrasiyasının adının açıqlanmadığı mənbəsinə istinadən xəbər verib ki, Amerikanın müvafiq dairələri Kim Çen Iının sağlamlığının pisləşməsi ilə bağlı əldə edilən kəşfiyyat xəbərlərini öyrənir. Lakin həmin informasiya ilə hər hansı təsdiqin verilməməsi də bildirilir.

Cənubi Koreya rəhbərliyi isə öz növbəsində bəyan edib ki, Kim Çen Iının sağlamlığının pisləşməsi ilə bağlı əllərində rəsmi məlumat yoxdur.

Çin Xalq Respulikasının Xarici işlə nazirliyi də CNN-nin verdiyi xəbərə şübhə ilə yanaşdıqlarını bəyan edib.

ABŞ prezidenti Donald Tramp isə bəyan edib ki, Amerika administrasiyası Kim Çen Iının sağlamlığı ilə bağlı dəqiq xəbərlərin olmadığını bildirib.

Qərbin və Cənubi Koreyanın KİV-ləri dəfələrlə məlumatlı mənbələrə istinad etsələr də, nəticədə KXDR lideri və rəhbərliyi ilə bağlı xəbərlər öz təsdiqini tapmayıb.

Eyni zamanda, KXDR-in Pekindəki səfirliyi ötən gün gündəlik iş rejimində çalışıb və səfirliyin ərazisində hər hansı qeyri-adi aktivlik, yaxud ətrafında polis nəzarətçiləri müşahidə olunmayıb.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə