ABŞ-ın Missuri ştatı Çin hökumətini koronavirusu yaymaq ittihamı ilə məhkəməyə verib

ABŞ-ın Missuri ştatı Çin hökumətini koronavirusu yaymaq ittihamı ilə məhkəməyə verib

“ABŞ-ın Missuri ştatı Çin hökumətini məhkəməyə verərək, ölkəni koronavirusa yoluxdurmaqda günahlandırıb”.

SİA "kpax.com" saytına istinadən xəbər verir ki, bu barədə ştatın Baş prokuroru Erik Şmitt açıqlamasında bildirib.

Prokurorun sözlərinə görə, Çin hökuməti COVID-19 təhlükələri və yoluxucu olması barədə dünyaya yalan məlumat verib, şikayət edənləri susdurub və xəstəliyin yayılmasını dayandırmaq üçün heç bir iş görməyib: “Çin hökuməti hərəkətlərinə görə cavab verməlidir”.

Qeyd edək ki, məhkəmə iddiasına görə, Çin hakimiyyəti ictimaiyyəti aldatmaqda, vacib məlumatları yayımlamamaqda, şikayətçiləri həbs etməkdə, virusun insandan insana ötürmə faktını rədd etməkdə, tibbi araşdırmaları məhv etməkdə, milyonlarla insanın virusla təmasda olmasına imkan verməkdə ittiham edilir.

Çin hakimiyyətinin bu və digər iddiaları rədd etdiyi bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə