Monteneqro hökuməti aprelin 22-dən karantin qaydalarını yumşaldır

Monteneqro hökuməti aprelin 22-dən karantin qaydalarını yumşaldır

Monteneqro hökuməti aprelin 22-dən karantin qaydalarını yumşaldır.

SİA xəbər verir ki, artıq sabahdan başlayaraq yumşalmanın tətbiq ediləcəyi sahələrin adlarını açıqlayacaq. Lakin məktəb və universitetlər gələn dərs ilinədək açılmayacaq.

Hazırda ölkə üzrə koronavirusa yoluxanların sayı 321-dir. Onlardan 5-i vəfat edib, 88-i sağalıb. Qalanları müalicə alır.

Monteneqronun Baş Naziri Duşko Markoviç nazirlər və müəssisə rəhbərlərinə konkret plan hazırlamağı tapşırıb. Yumşalma tədbirləri 45 gün ərzində tədricən həyata keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə