COVID-19-un meydana gəlməsinin səbəbləri və yeri bəlli deyil ÜST

COVID-19-un meydana gəlməsinin səbəbləri və yeri bəlli deyil  ÜST

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), hazırda infeksiyanın başlama səbəbləri və yeni koronavirus infeksiyasının ilk harada yayıldığı haqqında danışmaq mümkün olmadığını bəyan edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Qərbi Sakit Okean bölgəsi üzrə ÜST direktoru Takeşi Kasai deyib.

"Hələ heç bir nəticə əldə edilməmişdir", deyə Takeşi Kasai bildirib.

Kasainin qeyd etdiyi kimi, 'bəzi dəlillər virusun heyvan mənşəli olduğuna işarə edir', lakin bu son nəticə deyildir.
Xatırladaq ki, bundan əvvəl Ağ Evin rəhbəri Donald Tramp demişdi ki, Çinin səlahiyyətlilərinin koronavirus barədə məlumatları qəsdən gizlətdiyi ortaya çıxsa, məsuliyyətə cəlb olunacaqlar. Ayrıca, ABŞ rəhbərinin sözlərinə görə, ÜST virus haqqında vaxtında məlumat verməyib, həqiqəti ictimaiyyətə çatdırmayıb və təsirsiz olduğunu nümayiş etdirib. Bununla əlaqədar ABŞ, təşkilatın maliyyələşdirilməsini dayandırıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə