Kim Çen Inın vəziyyəti ağırdır

Kim Çen Inın vəziyyəti ağırdır

Cənubi Koreyanın Şimali Koreya ilə bağlı operativ və dəqiq xəbərlər üzərində ixtisaslaşmış Daily NK saytı şimaldakı mənbəsinə istinadən məlumat yayıb ki, Kim Çen In ürək əməliyyatı keçirib. SİA xəbər verir ki, bu barədə yazan sayta görə, hazırda o reabilitasiya kursu keçir. Məlumatda o da bildirilir ki, Kim Çen In əməliyyatı 12-19 aprel tarixləri arasında keçirib və hazırda paytaxt Pxenyanın şimal-şərqindən 100 km aralıda olan Myoxyansan dağlarındakı bağındadır. Onun şəxsi mühafizə qvardiyasının gücləndirilmiş rejimdə mühafizə olunduğu bildirilir.

Amerikanın CNN telekanalı isə xəbər verir ki, ABŞ hakimiyyəti bu məlumatları, o cümlədən, Şimali Koreya liderinin əməliyyat keçirdikdən sonra vəziyyətinin pisləşməyə doğru getməsi informasiyasını yoxlayır.

Qeyd edilir ki, Kim Çen Inın salamlığının pisləşməsindən sonra verilən informasiyadan sonra Daily NK saytına girişdə problemlər yaşanıb.

Aprelin 15-də ŞKXDR-də ölkənin mərhum lideri, “Millətin günəşi” adlandırılan Kim İr Senin anadan olması münasibəti ilə Paytaxt Günü dövlət bayramı qeyd edilib. Həmin ərəfədə hakimiyyət koronavirus epidemiyası ilə bağlı hamısı olmasa da, bir sıra tədbirləri təxirə salıb. Əsasən, Bahar dostluq festivalı olan Pxenyan marafonu da keçirilməyib. Aprelin 14-də isə Günəş Gününə həsr olunmuş mitinq keçirilib. Hakimiyyəti vətəndaşları evdə qalmağa və mərasimi evdən televiziya vasitəsi ilə izləməyə səsləyib.

Daily NK xəbər verib ki, hakimiyyət fəaliyyət göstərən müəssisələrə 2-3 nəfərdən ibarət olan ictimai nəzarət drujinaları yaratmağı tapşırıb onlar 14-16 aprel tarixlərində gücləşşnidirimiş rejimdə ŞKXDR rəhbərlərinin abidələrini qorumalıydılar.

Dövlət televiziyası isə Kim Çen Inınn müxtəlif ölkə liderlərindən və xarici kommunist təşkilatlarından ad günü hədiyyələri alması barədə xəbərlər verib. Lakin xəbərlərdə nə əvvəl, nə də sonra Kim Çen In göstərilməyib.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə