COVİD-19-a yoluxanların sayı 2.5 milyona çatdı DÜNYADA

COVİD-19-a yoluxanların sayı 2.5 milyona çatdı DÜNYADA

Dünyada koronavirus qurbanlarının sayının 170 mini ötüb. SİA-nın xəbərinə görə, bu barədə Amerikanın Johns Hopkins universitetinin hesablamalarında qeydə alınıb.

Hesablanan rəqəmlərə əsasən, dünyada COVİD-19-a yoluxanların sayı 2.5 milyona çatıb, 645 min insan isə sağalaraq evlərinə geri dönüb.

Ən son məlumatlara görə dünyada yoluxmuş insanların sayı 2 milyon 473 min 209 nəfər, ölənlərin sayı 170 min 042 nəfərdir.

Qeyd edək ki, Ümümdünya Səhiyyə Təşkilatı martın 11-də koronavirusu pandemiya elan edib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə