Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Ghebreyesus xəbərdarlıq edib ki, dünya yeni koronavirus (Covid-19) xəstəliyində hələ də "ən pis hal" ilə üzləşməyib. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.
Ghebreyesus video konfrans vasitəsilə ÜST-nın Cenevrədəki qərargahında keçirdiyi mətbuat konfransında epidemiyanın aradan qaldırılması üçün dünyanın milli və qlobal miqyasda birlikdə hərəkət etməli olduğunu vurğulayıb.
Epidemiyaya qarşı "qlobal həmrəylik" və "milli birlik" çağırışını təkrarlayan Ghebreyesus, bunun olmaması halında dünyada Covid-19 səbəbiylə daha çox insanın öləcəyi barədə xəbərdarlıq edib.
Ghebreyesus "Bu ikisi olmasaydı, inanın ki, ən pisi bizi gözləyir. Gəlin bu faciənin qarşısını alaq. Bu elə bir virusdur ki, daha çox insan bunu başa düşə bilmir" deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB