“ÜST-də heç bir sirr yoxdur, çünki söhbət insan həyatından gedir" - Təşkilatın baş direktoru

“ÜST-də heç bir sirr yoxdur, çünki söhbət insan həyatından gedir" - Təşkilatın baş direktoru

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus təşkilatın ABŞ və digər ölkələrdən heç bir şey gizlətmədiyini bildirib.

SİA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə o, Cenevrədə keçirilən brifinqdə danışarkən deyib və təşkilatın ABŞ-da Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzlərinin mütəxəssisləri ilə sıx əməkdaşlıq etdiyini də xatırladıb.

“ÜST-də heç bir sirr yoxdur, çünki söhbət insan həyatından gedir. Eyni zamanda, amerikalı mütəxəssislərlə əməkdaşlıq ABŞ-dan heç bir şeyin gizlədilməməsi deməkdir”, - deyə ÜST rəhbəri izah edib.

Bütün xəbərlər Facebook səhifəmizdə