Yaponiyada balıq restoranlarından birində bıçaqla silahlanmış kişi iki uşağı girov götürüb

Yaponiyada balıq restoranlarından birində bıçaqla silahlanmış kişi iki uşağı girov götürüb

Aprelin 21-də səhər saatlarında Yaponiyanın Fukuoka prefekturasındakı balıq restoranlarından birində bıçaqla silahlanmış kişi iki uşağı girov götürüb.

SİA "NHK" telekanalına istinadən xəbər verir ki, polisə daxil olan məlumata görə həmin şəxs restoranın sahibinin iki qızını girov götürüb və onunla görüş tələb edir. Bildirilir ki, təqribən 30 yaşlarında olan həmin şəxs restoranın sabiq işçisidir. Hazırda həmin şəxs restoranın yerləşdiyi dörd mərtəbəli binanın üçüncü mərtəbəsində restoran sahibinin 3 və 6 yaşlı iki qızını girov saxlayıb.

Polis onunla danışıqları davam etdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə