Suriyanın HHM sistemləri İsrailə məxsus bir neçə raketi vurublar

Suriyanın HHM sistemləri İsrailə məxsus bir neçə raketi vurublar

Suriyanın hava hücumundan müdafiə (HHM) sistemləri Homs əyalətinin Palmira rayonu üzərində İsrailin raket zərbələrini dəf edib.

SİA "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Suriyanın "SANA" agentliyi xəbər verir.

Bildirilir ki, Suriyanın HHM sistemləri Palmira üzərində bir neçə raketi vurublar.

"Al Mayadeen" telekanalının məlumatına əsasən, İsrail təyyarələrinin hədəfi Palmiranın hava limanından şimalda yerləşən hərbi obyektlər olub.

Bütün xəbərlər Facebook səhifəmizdə