Etna oyanıb

Siciliyanın sahilində dünyada ən fəal və Avropada ən yüksək olan Etna vulkanı oyanıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, vulkanın üstündən bir neçə kilometrə qədər uzanan nəhəng bir tüstü sütunu əmələ gəlib.

Bununla belə, yerli sakinlər üçün heç bir təhlükə yoxdur. Beləki, vulkanın ətrafındakə ərazilər səhra sahəsidir.
Püskürmənin, eyni zamanda, Kataniyadakı beynəlxalq hava limanına da təsiri yoxdur. Hava limanı onsuz da artıq koronavirus epidemiyası səbəbindən məhdud rejimdə işləyir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə