Hindistanda "müqəddəs cöngənin" dəfnində kütləvilik olub FOTO

Hindistanda "müqəddəs cöngənin" dəfnində kütləvilik olub FOTO

Muli adlı cöngəni yerli məbədlərin birində saxlayırdılar və onu müqəddəs hesab edirdilər. Mulini ispan inserrosuna çox az bənəzəyən Calikattu festivalında iştirakına görə sevirdilər. Belə ki, cöngəni insan kütləsinin içinə buraxırdılar və insanlar onun boynundan bacardıqca çox asılı vəziyyətdə qalmağa çalışırdılrar, o zamana qədər ki, Muli onları yerə atsın. Cöngə 20 il yaşayıb və qocalığa görə ölüb.

“Cöngənin öldüyünü öyrənən qadınlar ağlayırdılar. Kənddə hər kəs çox kədərlənirdi”, Kalubambaray kəndinin yerli sakinlərindən biri deyib.

Kəndlilər ölmüş Molini gül-çiçəklərə, lentlərlə, dəsmal və pullarla bəzəyiblər. Kütlə küçələrdən keçərək, atəşfəşanlıq edib. Kalubambaraylılar hesab edirlər ki, kütləvi tədbirlərə qadağa olmasaydı, cöngənin matəm tədbirinə daha çox insan yığışa və əsrarəngiz karnaval ola bilərdi.

SARS-CoV-2 koronavirus infeksiyasının yayılması ilə bağlı Hindistanda özünütəcrid rejimi tətbiq olunur. Ona görə də, matəm tədbirində iştiraka görə, polisə şikayət daxil olub.

Qeyd edək ki, Hindistanda 13,8 min yoluxma halı qeydə alınıb, 452 nəfər ölüb.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə