Dünya iqtisadiyyatı koronavirus pandemiyası fonunda İkinci dünya müharibəsindən bu yana güclü böhranla üz-üzə qalıb. SİA xəbər verir ki, bu barədə Yaponiyanın xarici işlər naziri Tosimitsu Moteqi deyib. Ölkəsinin xarici işlər idarəsinin rəhbəri bildirib ki, Beynəlxalq iqtisadiyyatla yanaşı, Yaponiyanın da iqtisadiyyatına olan ciddi təsir ölçüyəgəlməzdir.
Yaponiyanın Kyodo agentliyinin informasiyasına görə isə, hökumət antiböhran xərclərinin ölçülərini 117,1 trilyon iyenə (1,09 trilyon dollar) qaldırmaq niyyətindədir. Bu dövrə qədər isə, həmin ölçülər 108 trilyon ieni təşkil edib.
Yaponiyalı ekspertlərin fikrincə, bu kifayət etməyəcək və ölkədəki işsizlik vəziyyəti dördüncü kvartalda 2,72 %-ə yüksələcək.
Müəllif: Rövşən
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB