Dünyada Covid-19 pandemiyasından ən çox zərər çəkən ABŞ-da insan itkisi 40 mindən çox olub. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.
Con Hopkins Universitetinin yaydığı məlumatlara görə, ölkədə aşkarlanan Covid-19-un sayı 750 minə yaxınlaşıb, virusdan ölənlərin sayı 40 mini ötüb. Koronavirusun ABŞ-da episentri sayılan Nyu-Yorkda ölənlərin sayı 13 mini ötüb.
ABŞ-dan sonra İspaniya, İtaliya və Fransa müvafiq olaraq bir-birlərini izləyirlər. Digər tərəfdən, ABŞ prezidenti Donald Tramp və Nyu York meri Andryu Cuomo epidemiyanın pik həddə çatdığını, yoluxmaların və ölənlərin sayının azalmasına başladığını açıqlayıb.
Müəllif: Aysel Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB