İran tələb edərsə, kömək edə bilərik - Tramp

İran tələb edərsə, kömək edə bilərik - Tramp

Amerika Birləşmiş Ştatları Prezidenti Donald Tramp əvvəllər ayda 20 milyondan çox koronavirus dəsti istehsalı üçün tətbiq etdiyi 'Müdafiə İstehsal Qanunu' ndan istifadə edəcəyini açıqlayıb. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.

Tramp əlavə edib ki, İrandan xahiş edərsə, Covid-19 epidemiyası ilə mübarizədə kömək edə bilər.

Ağ Evdəki "Covid-19 İş Qüvvələri"nin mətbuat konfransında danışan Tramp epidemiya ilə mübarizədə davamlı irəliləyiş etdiklərini qeyd edib.

Epidemiyanı geniş yayıldığı ölkələrdən biri olan İrana yardım etməyi düşünüb-düşümədiyi sulına Tramp, "İranın yardıma ehtiyacı varsa və xahiş edərsə yardım etmək istəyərəm. Epidemiya onları çox pis vurdu, lakin bildirdikləri saylar açıq-aydın səhvdir. Əgər onlar köməyə və ya süni respiratora ehtiyac duyarlarsa ki, bizdə minlərlə var və istehsal olunur, əlbəttə ki, kömək etmək istərdik''.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə