Son gündə koronavirusa yoluxanların sayı 74.5 min nəfər artıb Dünyada

Son gündə koronavirusa yoluxanların sayı 74.5 min nəfər artıb Dünyada

Dünyada yeni növ koronavirusa yoluxanların sayı 2 milyon 404 min 71 nəfərə çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Amerikanın Johns Hopkins Universiteti tərəfindən açıqlanan rəqəmlərdə öz əksini tapıb.

Məlumata görə, son gün ərzində dünyada virusa yoluxanların sayı 74.5 min nəfər artıb. Yoluxama sayına görə, ABŞ (759.5 min), İspaniya (198.6 min), İtaliya (178.9 min), Fransa (154 min), Almaniya (145.7 min) və Böyük Britaniya (121.1 min) anti-lider olaraq qalır.

Pandemiyanın başlanğıcından indiyədək 165 min 229 nəfərin öldüyü, 624 mindən çox xəstənin sağaldığı bildirilir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə